Alp dağlarında İsveçrənin ən böyük bayrağı ucaldıldı
Maraqlı
09:00 01 avq, 2022
Onun hazırlanmasına 600 saat vaxt sərf edilib
Bir avqust İsveçrənin milli bayramı münasibətilə alpinistlər briqadası tərəfindən Alp dağlarında ölkənin ən böyük dövlət bayrağı qaldırılıb.
Qazet.az xəbər verir ki, 6400 kvadrat metrlik bannerin çəkisi təxminən 700 kiloqramdır.
Onun hazırlanmasına 600 saat vaxt sərf edilib.
Nəhəng bayraq Konstans gölünün yaxınlığındakı Santis dağı yamacında quraşdırılıb. Onun zirvəsindən Avstriya, Almaniya, Lixtenşteyni, eləcə də Fransa və İtaliyanı görmək mümkündür.