Alphabet şirkəti 2 trilyon dollarlıq "elitalar" klubuna daxil oldu
Google-ın sahibi Alphabet şirkətinin bazar dəyəri 2 trilyon dolları aşaraq Apple və Microsoft-un da olduğu "elitalar" klubuna daxil olub. Üçüncü rüb maliyyə nəticələrinə görə, Alphabet-in xalis mənfəəti 68,4% artım qeyd edib

Google-ın sahibi olan Alphabet şirkəti, "elitarlar" klubu olaraq bilinən və bazar dəyəri 2 trilyon dolları keçən şirkətlərin arasına qatılıb.
Qazet.az Marja-ya istinadən xəbər verir ki, Alphabet-in bazar dəyərinin 2 trilyon dolları keçməsilə şirkət Apple və Microsoftun olduğu 2 trilyon dollar klubunda yerini alıb. Bu texnologiya şirkətləri ilə bərabər Səudiyyə Ərəbistanının Aramco şirkətinin də dəyəri də 2 trilyon dolları aşır.
Alphabet-in 2021-ci ilin üçüncü rübündə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 65,1 milyard dollara yüksəlib. Şirkət, 2020-ci ilin eyni dövründə 46,2 milyard dollar gəlir açıqlamışdı. Axtarış nəhənginin ana şirkəti, 14 ilin ən yüksək rüblük gəlir artımına nail olub.
Alphabet-in xalis mənfəəti də üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 68,4% artımla 18,9 milyard dollara yüksəlib. Alphabet, keçən ilin üçüncü rübündə11,2 milyard dollar xalis mənfəət əldə etmişdi.
