Bakı 21˚C Sunny

Alpinist itkin düşdü

Maraqlı 17:10 27 sen, 2022
Alpinist itkin düşdü

ABŞ-dan olan alpinist Nepalda dağ turu edərkən itkin düşüb.

Qazet.az xəbər verir ki, 49 yaşlı Hilari Nelson dünyanın səkkizinci ən hündür dağında itib.

Ekspedisiyanın təşkilatçılarının bildirdiyinə görə, Hilari çərşənbə axşamı həmkarı Cim Morrison ilə xizək sürərkən  8163 metrlik Manaslu dağından yıxılıb.

İtkin düşən alpinistin izlərini aşkar etmək üçün bir helikopterin göndərildiyi söylənilib.

Xanım Nelson və onun tərəfdaşı 2018-ci ildə dünyanın dördüncü ən hündür zirvəsi olan Lotse dağını fəth etmiş ekstrimal xizəkçilərdir.