Alpinist qar uçqununda öldü
Gündəm
12:30 07 okt, 2022
Pakistanın Gilgit-Baltistan bölgəsində adı açıqlanmayan zirvəyə qalxarkən qar uçqunu altında qalan avstriyalı alpinist Fayneler Elias ölüb.
Qazet.az-ın Pakistan mətbuatına istinadən xəbər verir ki, 2 alpinist və 1 bələdçi Simsal vadisində adı açıqlanmayan zirvəyə qalxarkən qar uçqunu düşüb. Avstriyalı alpinist Elias qar altında ölüb, Kerber Romona və onun pakistanlı bələdçisi ağır yaralanıb.
Qeyd edək ki, Pakistanın Gilgit-Baltistan bölgəsi dünyada hündürlüyü 8 min metrdən çox olan 5 zirvəyə ev sahibliyi edir.
Hər il yüzlərlə alpinistin gəldiyi bölgədə zirvəyə qalxarkən ölüm və yaralanma ilə nəticələnən qəzalar baş verir.