Bakı 21˚C Mostly sunny

“Altılıq platforması”nın iclasında Azərbaycanı nazir müavini Xələf Xələfov təmsil edəcək

Siyasət 13:30 09 dek, 2021

Sabah Moskvada “altılıq platforması”nın (“3+3”) ilk iclası keçiriləcək

“Altılıq platforması”nın iclasında Azərbaycanı nazir müavini Xələf Xələfov təmsil edəcək

“Altılıq platforması”nın iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Bu barədə Qazet.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, iclasda Azərbaycanı nazir müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, sabah Moskvada “altılıq platforması”nın (“3+3”) ilk iclası keçiriləcək.