Bakı 9˚C Intermittent clouds

Alxanlı faciəsindən 5 il ötdü

Cəmiyyət 13:47 04 iyl, 2022

Ermənilərin Alxanlıda törətdiyi qanlı cinayət dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub

Alxanlı faciəsindən 5 il ötdü

Azyaşlı Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən 5 il ötür.

Qazet.az xatırladır ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Ermənilərin Alxanlıda törətdiyi qanlı cinayət dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub.