"Alyans Ukrayna və Gürcüstan üçün açıqdır" - Blinken
Gündəm
00:54 13 dek, 2021
“NATO yarandığı gündən açıq şəkildə bəyan edib ki, qapıları üzvlüyə can atan və lazımi meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıq olacaq”

Ukrayna və Gürcüstan tələblərə cavab verərsə, NATO-ya üzv olmaq üçün irəliləyə bilər.
Qazet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Alyans 2008-ci ildə təsdiqlədi ki, Ukrayna və Gürcüstan üçün açıqdır. Əgər onlar üzvlük üçün müraciət etməyə və tələblərə cavab verməyə davam etsələr, bu, onları NATO-ya yaxınlaşdıracaq. NATO yarandığı gündən açıq şəkildə bəyan edib ki, qapıları üzvlüyə can atan və lazımi meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıq olacaq", - deyə o, qeyd edib.
tass