"Alyansla Aİ arasında bəyannamə imzalamaq vaxtıdır" - Stoltenberq
"NATO ilə Avropa İttifaqı arasında yeni bəyannamənin imzalanmasının vaxtı çatıb".
"Qazet.az" xəbər verir iki, bu barədə NATO -nun baş katibi Yens Stoltenberq Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşdən sonra öz Twitter səhifəsində yazıb .
NATO-nun baş katibi bildirib ki, onlar Avropa Komissiyasının rəhbəri ilə birlikdə Ukraynada davam edən hərbi əməliyyatları və ona dəstəyin gücləndirilməsini müzakirə ediblər.
"NATO təhlükəsizlik və sabitliyə töhfə verir, ona görə də biz hesab edirik ki, tərəfdaşlığın inkişafı üçün yeni birgə bəyannamə (Avropa İttifaqı ilə) üzərində razılaşdırmağın vaxtı çatıb", - Stoltenberq vurğulayıb.
O, bir qədər əvvəl bəyan etmişdi ki, alyans ölkələri qarşıdan gələn qışın onlar üçün çətin keçəcəyinə hazırlaşmalıdırlar. NATO baş katibi onu da qeyd edib ki, alyans hazırda Rusiyanın nüvə qüvvələrinin hazırlıq səviyyəsində heç bir dəyişiklik görmür .