Bakı 10˚C Intermittent clouds

"Amazon" şirkətində kütləvi ixtisar dalğası

Multimedia 10:09 05 yan, 2023
"Amazon" şirkətində kütləvi ixtisar dalğası

Dünyanın nəhəng internet mağazası "Amazon" xərcləri azaltmaq üçün müxtəlif vəzifələrdə çalışan 18 000-dən çox insanı işdən çıxaracağını bildirib.

Qazet.az xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Endi Cessi məlumat verib.

O, ixtisara düşən  işçilərə yanvarın 18-dən etibarən məlumat veriləcəyini bildirib.

İxtisarlar şirkətin təxminən 300 min korporativ işçi qüvvəsinin 6 faizini təşkil edir.

"Biz işdən ayrılanlara dəstək olmaq üçün çalışırıq. İxtisara düşənlərin aylıq ödənişi, müvəqqəti tibbi sığorta müavinətləri və digər xidmətlərin daxil olan  paketlər təklif edirik. "Amazon" keçmişdə də qeyri-müəyyən və çətin iqtisadi şəraitin öhdəsindən gəlib və biz bunu davam etdirəcəyik" deyə baş direktor bildirib.

Qeyd edək ki, 2 ay əvvəl firma biznes fəaliyyətinin illik icmalında xərclərin azaldılmasına diqqət yetirəcəyini açıqlamışdı.