Bakı 8˚C Dreary

Amazon və Apple cərimələndi

Biznes 18:40 23 noy, 2021

İtaliya ABŞ-ın texnologiya nəhəngləri olan Amazon və Apple Inc şirkətlərini cərimələyib

Amazon və Apple cərimələndi

İtaliyanın rəqabətə nəzarət orqanı ABŞ-ın texnologiya nəhəngləri Amazon və Apple Inc şirkətlərini cərimələyib. 

Qazet.az xəbər verir ki, hər iki şirkət ümumilikdə 203,2 milyon avro cərimələnib. Şirkətlər məhsulların satışında rəqabətə zidd əməkdaşlıq iddiası ilə cərimələnib. 

Rəqabətə nəzarət orqanı qeyd edib ki, şirkətlər arasında 2018-ci il müqaviləsinin şərtləri yalnız müəyyən dillerlərə Apple və Beats məhsullarını Amazon.it-də satmağa icazə verib və bu, Avropa İttifaqının qaydalarını pozur. 

Rəsmi qurum Amazon-u 68,7 milyon avro və Apple-ı 134,5 milyon avro cərimələyərək, bildirib ki, şirkətlər orijinal Apple və Beats məhsullarının pərakəndə satıcılarının ayrı-seçkilik olmadan Amazon.it-ə daxil olmasına icazə verən məhdudiyyətləri dayandırmalıdır.

Mənbə