Bakı 21˚C Windy

"Amazon"un saytı çökdü

Biznes 15:32 09 dek, 2021

Nasazlığı tam aradan qaldırmaq mümkün olmayıb

"Amazon"un saytı çökdü

Onlarla məhsula xidmət göstərən elektron ticarət nəhəngi "Amazon"un sayt və şəbəkə sistemi çöküb.

Qazet.az xəbər verir ki, AWS-in çökməsi nəticəsində ötən axşam şirkətin ABŞ-da bu xidmətdən istifadə edən "Alexa" və "Prime Video" kimi tətbiqlərində ləngimələr meydana gəlib.

Problemin mənbəyinin müəyyən edildiyi açıqlanıb. Buna baxmayaraq, nasazlığı tam aradan qaldırmaq mümkün olmayıb.

Qeyd edək ki, cari ildə "Amazon"un sayt və şəbəkə xidmətləri üçüncü dəfədir ki, çökür.

Mənbə