AMB bu şirkətə də lisenziya verdi
Gündəm
17:17 25 yan, 2022
Ölkədə bu növ lisenziyası olan şirkətlərin sayı Eliko MMC ilə birlikdə 2-yə çatıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Delta Capital MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilib.
AMB-dən Qazet.az-a verilən məlumata görə, bununla da, ölkədə bu növ lisenziyası olan şirkətlərin sayı Eliko MMC ilə birlikdə 2-yə çatıb.
Xatırladaq ki, "Delta Capital" ötən ilin martnda 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 123, mənzil 27 olsa da, Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 13 ünvanında fəaliyyət göstərir. Onun qanuni təmsilçisi Ceyhun Vaqif oğlu Hacılıdır.