Bakı 24˚C Windy

AMB: "Ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb"

Biznes 15:16 04 fev, 2022

Əvvəlki illərlə müqayisədə ümumi inflyasiyanın formalaşmasında qeyri-ərzaq məhsullarının və xidmətlərin rolu artıb

AMB: "Ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb"

"2021-ci ildə Azərbaycanda ümumi inflyasiyanın 3/5-nü ərzaq inflyasiyası formalaşdırıb"

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov bildirib.

Bununla belə, onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə ümumi inflyasiyanın formalaşmasında qeyri-ərzaq məhsullarının və xidmətlərin rolu artıb.

A.Ələsgərov həmçinin deyib ki, Azərbaycan uzunmüddətli dövrdə inflyasiyanın nisbətən aşağı olduğu ölkələrdəndir: "Bunun istehlak qiymətləri səbətinin təhlili göstərir. Belə ki, son 10 ildə Azərbaycanda inflyasiya 5% ətrafında olub. Ötən il isə dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da illik inflyasiya orta göstəricini üstələyib. Həmçinin təhlillər göstərir ki, 2021-ci ildə Azərbaycanda qiymət artımının yarısından çoxu xarici mənşəli xərc amilləri ilə bağlı olub. Ötən il dünyada presidenti olmayan inflyasiya təzyiqləri olub. Əmtəə birjalarındakı qiymət artımı bütün göstəriciləri üstələyib".