AMEA-nın mətbuat katibi vəzifəsindən azad olunub
Cəmiyyət
16:17 01 okt, 2022
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.
Qazet.az xəbər verir ki, bu barədə “Report”a onun özü məlumat verib.
A.Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.
Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.