Bakı 28˚C Intermittent clouds

Amerika ədliyyəsi iki İran vətəndaşını təqsirkar bilib

Gündəm 11:45 19 noy, 2021

Məlumata görə həmin şəxslər hələ həbs edilməyiblər

Amerika ədliyyəsi iki İran vətəndaşını təqsirkar bilib

ABŞ-ın Ədliyyə nazirliyi iki iranlını cinayət törətməkdə günühlandırıb.

Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə nazirliyi iki İran vətəndaşını 2020-ci il prezident seçkilərinə təsir göstərməkdə ittiham edib. 

Amerika ədliyyəsi iddia edib ki, həmin şəxslər Amerikanın  prezident seçkiləri uğrunda gedən rəqabət prosesində seçicilərin ölkənin seçki sisteminə olan etibarını sarsıtmağa çalışıblar.

O da iddia olunub ki, bu iki iranlı seçkinin pozulması üçün saxta email və videolar göndərməklə Amerikanın seçki sistemində çatışmazlıqları təlqin etməklə məşğul olmuşlar.

Amerika KİV-i məlumat verir ki, hər iki İran vətəndaşı üçün Nyu-Yorkun Münhetten federal məhkəməsində ittihamnamə tərtib olunub və dünən ona baxılıb.