Amerika hava bazasının inşası üçün Yunanıstana yardım göstərib
Gündəm
12:45 02 dek, 2021
ABŞ Yunanıstanın hərbi gücünün artırılmasına və ordusunun yeni silahlarla təchiz olunmasına dəstək ifadə edir

ABŞ hərbi müəssisələrin, o cümlədən hava bazasının yenidən qurulması və inkişafı məqsədilə Yunanıstana 33 milyon dollar yardım göstərəcək.
Qazet.az “Habertürk”ə istinadən xəbər verir ki, 33.5 milyonluq büdcə Yunanıstanın mərkəzində yerləşən Larisa əyalətində hava bazalarının birində 2 anqarın və köməkçi tikilinin inşası üçün istifadə olunacaq.
Məlumatlı mənbə bildirib ki, Vaşinqton bu yardımı Yunanıstanla son vaxtlarda müddəti uzadılmış müdafiə sahəsində qarşılıqlı əməkdaşlıq sazişinə əsasən həyata keçirib.