Bakı 19˚C Intermittent clouds

Amerika, İngiltərə, Səudiyyə Ərəbistanı və BƏƏ müştərək bəyanat verib

Gündəm 17:16 04 noy, 2021

Amerika, İngiltərə, Səudiyyə Ərəbistanı və BƏƏ Sudana dəstək nümayiş edib

Amerika, İngiltərə, Səudiyyə Ərəbistanı və BƏƏ müştərək bəyanat verib

Amerika, İngiltərə, Səudiyyə Ərəbistanı və BƏƏ Sudan haqqında müştərək bəyanat veriblər.

Qazet.az BƏƏ-nin xəbər agentliyinə istinadən xəbər verir ki, dörd ölkənin müştərək surətdə verdikləri bəyanatda Sudanda keçid hökumətinin rəhbərliyinə Abdulla Həmdukun qayıtması istənilib.

Bu bəyanatda adıçəkilən ölkələrin Sudan xalqının yanında olduğu, demokratik azadlıqların və sülhün bərqərar edilməsinin dəstəkləndiyi bildirilmiş, Sudanda mülki hökumətin dərhal bərpa olunmasına israr edilmişdir.

Bəyanatda vurğulanır ki, Sudanda hər hansı bir şiddət və sərtlik yol verilməzdir, buna görə biz hamımız tərəfləri ilk növbədə yaradıcı dialoqa, Sudan xalqının təhlükəsziliyi və sağlamlığı naminə səy göstərməyə çağırırıq.

Amerika, İngiltərə, Səudiyyə Ərəbistanı və BƏƏ həmçinin Sudanda son hadisələrdə saxlanılmış bütün şəxslərin azad edilməsini və ölkədə fövqəladə vəziyyətə son verilməsini istəyib.