Amerikalı ekspert: Türkiyə YPG-ni darmadağın edəcək!
Gündəm
21:50 25 noy, 2022
![Amerikalı ekspert: Türkiyə YPG-ni darmadağın edəcək!](https://qazet.az/resized/fit900x500/center/pages/125975/maykl-doran.jpg)
Məşhur amerikalı analitik, professor Maykl Doran Türkiyə ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Qazet.az xəbər verir ki, analitik ABŞ-ın Suriyadan çəkiləcəyini, Türkiyənin isə YPG terror təşkilatını yox edəcəyini bildirib.
“2016-cı ildən bəri eyni şeyi deyirəm və bunun doğruluğu sübut olunacaq. ABŞ Suriyadan çəkiləcək, Türkiyə isə YPG-ni darmadağın edəcək. Ankaranı tənqid edənlər qışqırıb ağlayacaqlar, amma nəticə bəllidir. Bunu əvvəldən dərk etməmək axmaqlığın zirvəsidir”, - Doran vurğulayıb.