Bakı 31˚C Sunny

Amerikalı generaldan ŞOK ETİRAF: Rusiya və Çin...

Gündəm 13:47 21 noy, 2021

Biz hipersəs proqramları sahəsində çinlilər və ya ruslar qədər qabaqcıl deyilik

Amerikalı generaldan ŞOK ETİRAF: Rusiya və Çin...

ABŞ generalı Deyvid Tomson bildirib ki, hipersəs texnologiyasında Rusiya və Çin Birləşmiş Ştatlardan daha çox inkişaf edib.

Qazet.az publika.az-a istinadən xəbər verir ki, D.Tomson “Biz hipersəs proqramları sahəsində çinlilər və ya ruslar qədər qabaqcıl deyilik” - deyə qeyd edib.

Generalın sözlərinə görə, ABŞ kosmik qüvvələri ölkənin hipersəs raketlərini izləmək üçün lazım olan peyk bürcünün növünü müəyyən etmək üzərində işləyir və bu, yeni çağırışdır.

Qeyd edək ki, Rusiya hazırda hipersəs raketləri ilə yüksək hazırlıq vəziyyətində olan yeganə ölkədir. Rusiya Silahlı Qüvvələrində hipersəs raketi olan “Kinjal” təyyarə kompleksi və “Avanqard” strateji raketləri döyüş növbətçiliyindədir, “Zirkon” hipersəs raketi isə sınaqdan keçirilir.