Bakı 26˚C Mostly sunny

Reper öldü

Maraqlı 12:07 24 dek, 2022
Reper öldü

Big Scarr təxəllüsü ilə tanınan amerikalı müğənni Aleksandr Vuds 23 yaşında vəfat edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb.

Bildirilib ki, ifaçının ölümü cümə axşamı baş verib. Artıq müvafiq araşdırmalara başlanılıb.

Eyni zamanda, mənbələr qətl əlamətlərinin olmadığını qeyd ediblər.

Xatırladaq ki, reper amerikalı sənətçi Offset ilə əməkdaşlıq edib. 2021-ci ildə onun “Big Grim Reaper”adlı debüt miksteypi “Billboard” çartında ilk 25-liyə daxil olub.