Amerikalı vəkil: Saakaşvilinin həyatı təhlükədədir!
Gündəm
22:49 12 noy, 2021
Orada onun təhlükəsizliyi təmin oluna bilməz
Qldani türmə həbsxanasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin təhlükəsizliyi təmin oluna bilməz.
Qazet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Saakaşvilinin amerikalı vəkili Con Sendviç deyib.
“Birinci növbədə bu, keçmiş prezident üçün həqiqətən də uyğun olmayan yerdir. Buna baxmayaraq, o, hələ də gümrahdır. Orada onun təhlükəsizliyi təmin oluna bilməz. Həmçinin səhhətinin pisləşməsi durumunda orada onun üçün lazımi tibbi vasitələr yoxdur”, - deyə vəkil bildirib.