Amsterdam, Venesiya və Yeni Orlean yer üzündən silinə bilər
Gündəm
12:02 12 noy, 2021
Bu proseslər uzaq gələcəkdə deyil, 2030-cu ildə gerçəkləşə bilər
Niderlandın paytaxtı Amsterdamın məşhur küçələri, İraqın ən böyük şəhərlərindən biri, zəngin tarixə malik qədim Bəsrə, İtaliyanın romantik Venesiyasını təhlükə birləşdirir.
Qazet.az Rossiya 24-ə istinadən xəbər verir ki, bütün bu şəhərlər dəniz səviyyəsindən çox aşağıda yerləşir və artıq dünya okeanlarının qalxmasının mənfi təsirini yaşamağa başlayırlar.
Alimlər əmindirlər ki, iqlim dəyişikliyi prosesi dayandırılmasa, Bəsrə, Amsterdam, Venesiya, eləcə də ABŞ-ın Yeni Orleanı, Vyetnamın Xo Şi Min şəhəri və Hindistanın Kəlküttəsi yer üzündən yox ola bilər.
Bütün bu proseslər uzaq gələcəkdə deyil, 2030-cu ildə gerçəkləşə bilər.