Ana və yeni doğulmuş körpəsi üç saat ara ilə öldülər
Gündəm
10:15 04 okt, 2022
![Ana və yeni doğulmuş körpəsi üç saat ara ilə öldülər](https://qazet.az/resized/fit900x500/center/pages/109369/fotojet-1.jpg)
Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüblər.
Qazet.az xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib.
Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.