Bakı 6˚C Sunny

"Anam mənim həyatıma nəzarət edirdi" - Madonnanın qızı

Maraqlı 18:37 15 okt, 2021

Məşhur model anasının “nəzarət çılğını” olduğunu deyib

"Anam mənim həyatıma nəzarət edirdi" - Madonnanın qızı

Dünyaca məşhur müğənni Madonnanın 25 yaşlı qızı Lourdes Leon yeni müsahibəsində planetin ən məşhur adamlarından birinin övladı olmağın nə olduğu haqda danışıb.

O, anasının hədsiz dərəcədə sərt valideyn olduğunu söyləyib.

“Mənim anam ”nəzarət çılğını" idi. Bütün həyatımı idarə edirdi. Mən liseyi bitirən kimi ondan tam müstəqil olmalı idim".

Model pul üçün anasına güvənmədiyini kollecinin və mənzilinin pulunu özü ödəyərək müstəqillik hissi qazandığını söyləyib.