ANAMA: Azad edilmiş ərazilərdə ötən həftə 30 mina aşkarlanıb
Gündəm
17:08 11 okt, 2021
2 tank əleyhinə mina və 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
Qazet.az xəbər verir ki, ANAMA-dan bildirilən məlumata görə, oktyabrın 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 28 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 18.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.