ANAMA minalarda partlayan qadın və uşaqların sayını açıqlayıb
Cəmiyyət
19:49 17 noy, 2022

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) nümayəndəsi Ramil Əzizov bildirib ki, 1992-ci ildən 2020-ci ilə kimi Azərbaycanda 3079 mülki şəxs, o cümlədən 550 qadın və uşaq minalara məruz qalıb.
Qazet.az xəbər verir ki, onun sözlərinə əsasən, Vətən Müharibəsi başa çatandan bu günə kimi 268 nəfər erməni minalarının qurbanı olub.