Bakı 6˚C Sunny

ANAMA sədri BMT nümayəndəsi ilə görüşdü

Siyasət 15:30 13 sen, 2022
ANAMA sədri BMT nümayəndəsi ilə görüşdü

ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüşü keçirilib.

Qazet.az xəbər verir ki, görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi və onun keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, ANAMA və digər aidiyyəti qurumlarımız tərəfindən minatəmizləmə sahəsində aparılan fəaliyyət, qarşıda duran hədəflər barədə məlumat verilib.

İcra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, paralel və əlaqələndirilmiş şəkildə aparılan bərpa və quruculuq işlərinin gedişatı qarşı tərəfdə maraq doğurub, bu istiqamətdə müzakirələr aparılıb.

Azərbaycanda minatəmizləmə probleminin ciddiliyi və təxirəsalınmaz işlərin görülməsinin vacibliyi vurğulanıb. BMT-nin Mina Fəaliyyəti Xidməti ilə bu sahədə gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, V.Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. Səfər sentyabrın 16-dək davam edəcək.