Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyuldu
Gündəm
17:15 18 noy, 2022
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Qazet.az-ın məlumatına görə, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.
Partiya başqanı məlumatı təsdiqləyib.
"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, deyə Anar Əsədli bildirib.