Bakı 30˚C Sunny

Anar Kərimov Türkiyəyə gedib

Siyasət 11:43 05 noy, 2022
Anar Kərimov Türkiyəyə gedib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyəyə gedib.

Qazet.az xəbər verir ki, o, hazırda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Bursada keçirilən 39-cu iclasında iştirak edir.

Nazir tədbirdə çıxışı zamanı TÜRKSOY-a üzv olan dövlətlərə çağırış edib: "Dünyada baş verən proseslər bizi daha da həmrəy olmağa çağırır. Ona görə də hesab edirəm ki, mədəniyyət sahəsində əməkdaşlığımız gücləndirilməlidir. Biz öz mədəniyyətimizi müasir qloballaşmanın mənfi təsirlərindən qorumalıyıq. Odur ki, bunun üçün mübarizə aparmalıyıq".

Azərbaycanın mədəniyyət naziri TÜRKSOY mədəniyyət nazirlərini gələn il Şuşaya dəvət edib.