Anar öz büstünü ziyarət etdi – Foto
Gündəm
15:14 23 may, 2022
Yazıçının büstü Göyçay şəhərindəki Əli Kərim parkında “Əbədi yaşar ədiblər” kompleksində qoyulub

Xalq yazıçısı, AYB sədri Anar Göyçaya səfəri çərçivəsində öz büstü ilə şəkil çəkdirib.
Qazet.az xəbər verir ki, yazıçının büstü Göyçay şəhərindəki Əli Kərim parkında “Əbədi yaşar ədiblər” kompleksində qoyulub.
Qeyd edək ki, bir müddət öncə qoyulan heykəllə bağlı mediaya açıqlamasında Anar bundan xəbərsiz olduğunu bildirmişdi.