Bakı 15˚C Sunny

Anasını balta ilə qətlə yetirən şəxsin - Fotosu

Hadisə 16:14 19 yan, 2022

Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir

Anasını balta ilə qətlə yetirən şəxsin - Fotosu

Xaçmazda anasını balta ilə qətlə yetirən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, yanvarın 13-ü Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib.

"Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq" , - məlumatda deyilir.