Bakı 3˚C Mostly sunny

Anasının evini görənlər Nusreti tənqid etdi: "Xeyirsiz övlad" - VİDEO

Maraqlı 14:15 20 dek, 2021

İstifadəçilər məşhur aşpazın anasının kiçik daxmada qaldığını bildiriblər

Anasının evini görənlər Nusreti tənqid etdi: "Xeyirsiz övlad" - VİDEO

"Salt bea” hərəkəti ilə məşhurlaşan türkiyəli aşpaz Nusret Gökçe yeni xəbərlə gündəmə gəlib.

Qazet.az türk mediasina istinadən xəbər verir ki, o, iki ildən sonra anasını ziyarət edərək onunla görüşüb. Anasının Nusretə ilk sözü “Çox arıqlamısan” olub.

Həmin görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələr yaradıb. İstifadəçilər məşhur aşpazın anasının kiçik daxmada qaldığını bildiriblər.

Nusretin milyonlar qazanmasına baxmayaraq, valideyninin belə evdə yaşaması izəyicilərin qəzəbinə səbəb olub. Onlar "Oğul dünyanın pulunu qazanır, anasının yaşadığı ev isə daxmaya bənzəyir" sözlərini yazaraq aşpaza kəskin etiraz ediblər.