Bakı 5˚C Showers

"Android"də yeni funksiya

Maraqlı 06:00 14 okt, 2022
"Android"də yeni funksiya

Google şirkəti Android platforması və Chrome brauzeri üçün şifrəsiz autentifikasiya funksiyasını istifadəyə verib.

Qazet.az xəbər verir ki, sözügedən funksiya cihazlara və saytlardakı istifadəçi hesablarına giriş üçün ənənəvi login-şifrə kombinasiyasını əvəz etmək və istifadəçiləri çoxlu sayda qəliz şifrələri yadda saxlamaq öhdəliyindən azad etmək üçün nəzərdə tutulub. Google şirkətinin yeni autentifikasiya standartı Android cihazlarda qorunan giriş açarlarını yaratmağa və daha sonra həmin açarları Google Password Manager vasitəsilə təhlükəsiz şəkildə sinxronlaşdırmağa imkan verir.

 Bunun üçün istifadəçi sadəcə olaraq öz istifadəçi hesabı barəsindəki məlumatı təsdiqləməlidir. Bunu edəndən sonra istifadəçi bu və ya digər cihazda və saytda girişi reallaşdıran zaman ənənəvi şifrənin daxil edilməsi əvəzinə barmaq izi və ya üz tanıma skanından istifadə etməli olacaq. İstifadəçi bir cihazda yaratmış olduğu giriş açarını həmçinin digər cihazında da istifadə edə bilər. Məsələn istifadəçi Mac kompüterində Safari brauzeri üzərindən hər hansısa sayta Android smartfondakı QR kodun təsdiqlənməsi vasitəsilə daxil olduğu halda o həmçinin eyni prosesi Chrome brauzeri üzərindən iOS cihazda saxlanılan şifrə vasitəsilə reallaşdıra bilər.

 İlk öncə yeni autentifikasiya standartından Chrome Canary iə Google Play-in beta versiyasının istifadəçiləri yararlana biləcəklər. Yaxın zamanda isə bu autentifikasiya standartı digər platformalara inteqrasiya ediləcək. Google şirkətinin verdiyi məlumata əsasən yaradılan bütün giriş açarları etibarlı şəkildə rezerv olunur və Google Password Manager ilə sinxronlaşdırılır. Bu isə öz növbəsində giriş açarlarının yerləşdikləri aktiv cihazın oğurlandığı və ya itdiyi halda vacib platformalara girişin itirilməsinin qarşısını alır.