Bakı 15˚C Windy

Ani Lorak Rusiyanı tərk etdi - FOTO

Maraqlı 14:17 12 mar, 2022

Sənətçi Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşım edərək bu mənasız savaşı bitirməyə səsləmişdi

Ani Lorak Rusiyanı tərk etdi - FOTO

Ukraynalı müğənni Ani Lorak Rusiyanı tərk edib.

Rusiyada yaşayan Ukrayna Xalq artistinin oktyabr ayına qədər planlaşdırılan bütün konsertlərini ləğv etdiyi məlum olub.

Məlumatlara görə, müğənni Birləşmiş Ərəb Əmirliklərinə gedib.

Qeyd edək ki, sənətçi Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşım edərək bu mənasız savaşı bitirməyə səsləmişdi.

Xatırladaq ki, KİV-də yayılan məlumatlara görə, rusiyalı sənətçilər Ukrayna ilə müharibə başlayandan ölkələrini tərk edirlər. Onların arasında Nataşa Korolyeva, Alla Puqaçova, Maksim Qalkin də var.