Bakı -2˚C Windy

Anım gününə həsr olunan şahmat turniri keçirilib

İdman 11:35 27 sen, 2022
Anım gününə həsr olunan şahmat turniri keçirilib

Anım Gününə həsr olunmuş şahmat turniri keçirildi “Təhsil” Respublika İdman Mərkəzinin PHŞ-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ-nin təşkilatçılığı ilə 25 sentyabr 2022-ci il tarixində, 27 sentyabr-Anım gününə həsr olunmuş 16 yaşadək uşaqlar arasında sürətli şahmat turniri keçirilib.

Qazet.az xəbər verir ki, turnirin açılışı zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

27 sentyabr 2020-ci il tarixi haqqında yarış iştrakcılarına ətraflı məlumat verilmiş, 2-ci Qarabağ müharibəsində əbədi və əzəli torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçmiş qəhraman hərbçilərimizdən danışılıb.

7 turdan ibarət yarışda ümumi hesabda, eyni zamanda 12 və 14 yaşadək 1,2 və 3-cü yeri tutan şahmatçılar diplomla təltif olunublar.

Turnirin qalibi adına 7 oyundan maksimum nəticə - 7 xal toplayan Güldanə Ağayevə yiyələnib. Məhəmməd Bağırov 6 xalla 2-ci, İlqar Əliyev 5,5 xalla 3-cü olub.