Bakı 18˚C Windy

Animasya qəhrəmanlarına bənzəyən qızılı burunlu meymunlar

Maraqlı 13:55 24 sen, 2021

Onların bilinən üç alt növ var

Animasya qəhrəmanlarına bənzəyən qızılı burunlu meymunlar

Qızıl burunlu meymun Kolobinay subfamilyasında olan meymun növüdür. “Tvitter” sosial şəbəkəsində yayılan bir görüntüdən sonra bu növ meymunlara olduqca maraq yaranıb. 

Qazet.az xəbər verir ki, bu marağın səbəbi bu növ meymunların animasiya filmlərindəki heyvanlara bənzəməsidir. Olduqca fərqli görünüşə sahib bu meymunlar Mərkəzi və Cənub-Qərbi Çinin mülayim dağlıq meşələrində məskunlaşıb. Dəniz səviyyəsindən 1500-3400 m yüksəkliklərdə, Cənub -Qərbi Çinin dağ meşələrində yaşayırlar. Çincə adı isə Siçuan qızıl saçlı meymunudur. 

Bu meymunlar günlük zamanının 97% -ni kanopda keçirir. Onların bilinən üç alt növ var. Aparılan hesablamalara görə onların sayı 8,000 ilə 15,000 arasında dəyişir.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.