Abramyan: Bir neçə həftə əvvəl Ermənistanın xarici işlər naziri etiraf etdi ki...
Ermənistan Türkiyənin ilkin şərt kimi Zəngəzur dəhlizinin verilməsi məsələsini ön plana çəkdiyi zaman prosesə başladı
Ankara ilə İrəvan pərdəarxası danışıqlar aparır.
Qazet.az axar.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Tiqran Abramyan deyib.
“Türkiyənin xarici işlər naziri bəyan edib ki, Ankara və İrəvan ikitərəfli münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəliblər. Belə çıxır ki, Ermənistan Türkiyənin ilkin şərt kimi Zəngəzur dəhlizinin verilməsi məsələsini ön plana çəkdiyi zaman prosesə başladı.
Ermənistan-Türkiyə münasibətləri ilə bağlı təfərrüatın Türkiyə tərəfdən açıqlanmasını nəzərə alaraq, pərdəarxası danışıqlar məsələsi və xüsusi nümayəndələrin təyin edilməsi tamamilə real görünür. Yeri gəlmişkən, bir neçə həftə əvvəl Ermənistanın xarici işlər naziri etiraf etdi ki, Ankara iki ölkə arasında formalaşmaq üzrə olan dialoq siyasətində ilkin şərt kimi Zəngəzur dəhlizi məsələsini irəli sürür. Buna dayanaraq əminliklə deyə bilərəm ki, növbəti gizli prosesə start verilib, onun dağıdıcı nəticələrini də sonra görəcəyik” - Abramyan qeyd edib.