Antalya Forumunda Cənub Qafqazda sülh perspektivləri müzakirə olunur
Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti həyata keçirməsi nəticəsində uzun illər Cənubi Qafqazda ciddi problemlərin olduğunu vurğulayıb
Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda panel müzakirələri keçirilir.
Qazet.az xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.
Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti həyata keçirməsi nəticəsində uzun illər Cənubi Qafqazda ciddi problemlərin olduğunu vurğulayıb.
C.Bayramov qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib:
“Bundan sonra bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan dəfələrlə Ermənistana sülh sazişinin imzalanmasını təklif edib”.