Antalyada güclü yağışlar həyatı iflic edib
Gündəm
19:49 29 noy, 2022
Türkiyənin Antalya vilayətinin bir neçə şəhəri güclü yağışlardan iflic olub.
Qazet.az xəbər verir ki, bu barədə "Doğan" agentliyi məlumat yayıb.
Bəzi şəhərlərdə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib.
Kaputaş çimərliyi yaxınlığında yamaclardan dənizə axan palçıqlı su dənizi qəhvəyi rəngə boyayıb.
Şiddətli yağışla müşayiət olunan tufan Adrasan şəhərindən yan ötməyib.