Antarktidada 5 milyon illik "ZAMAN KAPSULU" tapıldı
ABŞ alimləri Antarktidada Yer atmosferinin beş milyon ilə qədər yaşı olan nümunələri ehtiva edən buz nüvəsini aşkar ediblər.
Qazet.az xəbər verir ki, alimlərin araşdırmaları “The Cryosphere” jurnalında dərc olunub.
Onlar sıxılmış qar təbəqələrindən ibarət silindrik sütunlar şəklində buz nümunəsidir. Bundan əlavə, nüvələrdə kristal daxilolmalar (toz, his və ya vulkanik kül) və hava qabarcıqları var. Alimlər onlardan keçmiş illərin iqlim şəraiti haqqında xronika kimi istifadə edirlər.
Aşkar edilmiş nüvənin uzunluğu 9,5 metrə çatır. Alimlər kosmik şüaların Yer atmosferi ilə toqquşması zamanı əmələ gələn kvars dənələrində berilium-10, neon-21 və alüminium-26 radioaktiv izotoplarının miqdarını ölçüblər. Məlum olub ki, nüvənin yuxarı hissəsinin yaşı təxminən 3 milyon, aşağı hissəsinin isə 5 milyon ildir.
Tədqiqatçıların fikrincə, nüvələrin tədqiqi antropogen qlobal istiləşmənin nəticələrini proqnozlaşdırmağa kömək edəcək. (publika.az)