Bakı 6˚C Showers

Antiinhisar Dövlət Xidmətində baxılan müraciətlərin sayı

Biznes 15:15 09 sen, 2022
Antiinhisar Dövlət Xidmətində baxılan müraciətlərin sayı

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan daxil olmuş 3 843 müraciətə baxıb.

Qazet.az quruma istinadən xəbər verir ki, bunun 59 %-i malların (iş, xidmətlərin) qüsurlu və keyfiyyətsiz olması, 22%-i digər istehlakçı hüquqlarının pozulması, 14 %-i, istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılması, 4%-i müqavilə şərtlərinin pozulması, 1%-i isə istehlakçılara zəruri və düzgün məlumatların verilməsi ilə bağlı olub.

Dövlət Xidməti 1 531 müraciəti təmin edib, 1 349 müraciətə dair izahat və tövsiyyə verib, 462 müraciət üzrə araşdırmaları davam etdirir, 264 müraciəti aiddiyyəti orqana göndərib, zəruri sənədlər təqdim edilmədiyi üçün 151 müraciətə baxılmasını dayandırılıb, 55 müraciətdə qeyd edilmiş faktları aşkar etməyib, 31 müraciət üzrə aidiyyəti orqana üz tutmağı tövsiyyə edib.

8 ay ərzində 213 774 manat istehlakçılara qaytarılıb, 16 821 manat dəymiş ziyan ödənilib.