Bakı 14˚C Showers

"Apple" bu şəxsi axtarır: Onu tapan mükafatlandırılacaq

Maraqlı 12:19 19 dek, 2022
"Apple" bu şəxsi axtarır: Onu tapan mükafatlandırılacaq

Gürcüstanın Batumi şəhərindəki "Apple" mağazasından "iPhone 14 Pro Max" oğurlanıb.

Qazet.az xəbər verir ki, xaricdə mobil telefonların qiymətləri daha münasib olanda Türkiyənin bir çox şəhərindən gündəlik ziyarətçilər Gürcüstanın Batumi şəhərinə axışır. 

Batumidəki "Apple" mağazalarında da izdiham yaşanır. Xüsusilə türk müştəri sıxlığı ilə üzləşən mağazalar telefon satışlarına nəzarət edə bilmir. Mağazada baş verən oğurluq hadisəsi təhlükəsizlik kamerasına əks olunub.

Türkiyəli bir müştərinin "iPhone 14 Pro Max" telefonunu oğurladığını bildirən mağaza hadisənin görüntülərini sosial media hesabında paylaşıb. 

Mağaza oğrunun şəxsiyyətini və əlaqə məlumatını verən şəxsə 1000 dollar mükafat təklif edib.