Bakı 23˚C Windy

“Apple”ın rüblük gəliri rekord həddə çatıb

Biznes 12:26 28 yan, 2022

 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur

“Apple”ın rüblük gəliri rekord həddə çatıb

2021-ci ilin IV rübündə ABŞ-ın texnologiya nəhəngi - "Apple" şirkəti rekord həddə - 123,9 milyard dollar gəlir əldə edib.

Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Ötən rüb şirkətin xalis mənfəəti isə 34,6 milyard dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 20% çoxdur.

Xatırladaq ki, son 1 ildə “Apple”ın smartfon və kompüter satışları artsa da, planşet satışları azalıb. IV rübdə şirkətin “iPhone” satışlarından gəliri illik müqayisədə 9% artaraq 71,6 milyard dollar, “Mac” satışlarından gəliri 25% artaraq 10,9 milyard dollar, “iPad” satışlarından gəliri isə 14% azalaraq 7,3 milyard dollar olub.