Bakı 14˚C Mostly cloudy

"Apple" şirkəti qiymətləri qaldırdı

Gündəm 12:27 25 okt, 2022
"Apple" şirkəti qiymətləri qaldırdı

Yeni planşetlərin təqdimatından qısa müddət sonra “Apple” köhnə planşetlərin qiymətini artırıb.

Qazet.az xəbər verir ki, rəsmi qiymətlərin dəyişməsi bir çox ölkələrə, o cümlədən Avropa, Böyük Britaniya və Hindistana təsir edib.

Beləliklə, altıncı nəsil iPad mini-nin 64 və 256 GB-lıq versiyaları üçün qiyməti Böyük Britaniyada 479 və 619 funt sterlinqdən müvafiq olaraq 569 funt sterlinqə və 749 funt-sterlinqə yüksəlib.

Avropanın Apple mağazalarında iPad mini-nin qiymətləri 559 avrodan 659 avroya, 729 avroya olanlar isə 859 avroya qalxıb. Beləliklə, qiymətlər təxminən 20% artıb.

Adətən yeni qurğular buraxan istehsalçılar keçmiş modellərə endirimlər təklif edirlər, lakin Apple hətta doqquzuncu nəsil iPad-in baza modelinin qiymətini artırıb. Belə ki, Hindistanda «iPad mini» və «iPad 9» 3 min rupidən 5 min rupiyə qədər bahalaşıb (təxminən 40-60 dollar), iPad Air isə modifikasiyadan asılı olaraq 5 və 7 min rupi (təxminən 60-90 dollar) bahalaşıb.