Apple Twitter-dəki reklam kampaniyasını bərpa etdi
Keçən həftə İlon Mask Apple şirkətini tənqid etmişdi.
Qazet.az xatırladır ki, bəbəb isə şirkətin Twitterdə reklam kampaniyasını dayandırması idi. Bununla yanaşı Mask bildirmişdi ki, Apple sosial şəbəkənin tətbiqini App Store-dan siləcəyi üzrə onu hədələyib. İndi isə məlum olub ki, tərəflər arasındakı sözügedən məsələlər artıq həll olunub.
Mask bildirib ki, Apple Twitterdəki reklam kampaniyasını bərpa edib. Bununla yanaşı o qeyd edib ki, Apple sosial şəbəkənin ən böyük reklam verənidir.
Qeyd etmək lazımdır ki, keçən həftə Mask Apple şirkətinin Apple Park adlı kampusunu ziyarət etmişdi. Həmin ziyarət çərçivəsində o, Apple şirkətinin CEO-su Tim Cook ilə görüşüb (technote.az). Görünür, onlar arasında baş tutmuş görüş müsbət mühitdə yekunlaşıb. Musk-ın sözlərinə əsasən Tim Cook bildirib ki, Apple heç zaman Twitter-i App Store-dan silməyəcək.