Apple Watch 12 yaşlı qızı xərçəngdən xilas etməyə kömək edib

Ağıllı saat Apple Watch 12 yaşlı İmani Miles xərçəngini erkən mərhələdə müəyyən etməyə kömək etdi.
Qazet.az xəbər verir ki, bu barədə “GizmoChina” nəşri məlumat verib.
Qız saatın ona qeyri-adi dərəcədə yüksək ürək döyüntüləri barədə tez-tez xəbər verməyə başladığını görüb. Narahat olan valideynlər qızlarını profilaktika üçün xəstəxanaya aparmaq qərarına gəliblər və məlum olub ki, Apple Watch tərəfindən qeydə alınan anomaliya appendiksin iltihabı nəticəsində yaranıb.
Qıza əməliyyat təyin edilmişdi, bu zaman məlum oldu ki, apandisitin iltihabı əslində artıq digər daxili orqanlara yayılmağa başlayan xərçəng şişidir. İmami metastazların çıxarılması üçün əməliyyata göndərilib və bu əməliyyat uğurlu alınıb.
Qızın anası aşkar edilən anomaliyaya görə Apple Watch-a minnətdar olduğunu bildirib. Həkimlər ona dedilər ki, saat olmasaydı, çox güman ki, xərçəngin əlamətləri çox gec görünəcəkdi. O zaman İmami artıq xilas ola bilməzdi.