Bakı 22˚C Sunny

"Apple" yeni "iPhone" modelini təqdim etdi

Biznes 09:29 15 sen, 2021

Yeni model “iPhone”lar 24 sentyabrdan satışa çıxacaq

"Apple" yeni "iPhone" modelini təqdim etdi

Dünən axşam saatlarında “Apple” şirkəti iPhone 13-ün təqdimatını keçirib.

Qazet.az xəbər verir ki, yeni iPhone ekranları 120 Hz yeniləmə dərəcəsi və "Always On Display" (Həmişə Açıq Ekran) rejimi almışdır.

Amerikada iPhone 13 mini 799$-dan, 128 GB yaddaşa sahib olan iPhone 13 isə 899$-dan başlayan qiymətlərlə satışa çıxarılacaq
Rusiyadakı qiymətlər isə belədir: iPhone 13 mini 69 990 RUB-dan, iPhone 13 79 990 RUB-dan başlayaraq. 
Apple rəsmi saytında öncədən sifariş 22 sentyabr, satışı isə 24 sentyabr tarixlərindən başlayacaq.

Azərbaycanda isə qiymətlərin 4000-i keçəcəyini desək yanılmarıq.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.