Apteklərdə aparılan yoxlamaların nəticəsi AÇIQLANDI
Cəmiyyət
18:29 05 okt, 2022
Sentyabr ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumat açıqlanıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Qazet.az-a bildirilib ki, Bakı şəhəri üzrə - 24, digər rayonlar üzrə 9 aptek olmaqla 33 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddələri üzrə 4 protokol tərtib edilib.