Aqrar məhsullara kredit ayrılıb
2018-ci ildən bu günədək Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb.
Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu “Apiaz” MMC şirkətinə güzəştli kredit ayırıb.
“2019-cu ildə "Apiaz" MMC-nin bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsinə 120 min manat güzəştli kredit verilib”.
2018-ci ildən bugünədək #kəndtəsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon ₼-a yaxın #güzəştlikredit ayrılıb. 2019-cu ildə Apiaz MMC-nin bal və bal məhsullarının istehsalı və qablaşdırılması layihəsinə 120 min ₼ güzəştli kredit verilib.#EconomyAz #SİF pic.twitter.com/30GswjqWQs
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 7, 2022