Bakı 30˚C Sunny

Aqrar sənayedə artım var

Biznes 13:48 06 dek, 2022
Aqrar sənayedə artım var

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on bir ayı ilə müqayisədə 14 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qazet.az-a bildirilib ki, yanvar-noyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 77,4 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 23 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 faiz, çay ixracı isə 43 faiz artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 802,4 milyon dollar təşkil edib.

On bir ayda ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2 faizi olub. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz artıb.

Noyabr ayının qeyri-neft ixracı 302,1 milyon dollar təşkil edib.

Noyabrda yeyinti məhsulları üzrə ixrac 126,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 175,7 milyon dollara bərabər olub.